Trade Tax Solutions

Vergi və Mühasibatlıq Xidmətləri

Xidmətlər

Dövlət maraqlarına xidmət edən orqanlara müəssisələr tərəfindən təqdim edilməli olan hesabatlar mövcuddur. Bu hesabatlar aylıq, rüblük, illik olaraq mütəmadi dövrləri əhatə etməkdədir. Eyni zamanda bu hesabatların uyğun orqanlara təqdim edilməsi ilə birlikdə yaranabiləcək öhdəlik və vəzifələr də vardır. Müəssisə nəzdində bu tərz fəaliyyətlərin həyata keçirilməsi müəyyən xərc tələb edir. Digər tərəfdən müasir biznes strategiyalarında sadalananlar üçün peşəkar xidmət təklif edən təşkilatlar diqqət çəkməkdədir. Trade Tax Olaraq sizə təklif etdiyimiz xidmətlər:

  • ƏDV, ÖMV, Mənfəət və Gəlir vergisi bəyannamələri, Sadələşdirilmiş vergi bəyannaməsi  və digər vergi orqanlarına təqdim edilməli olan hesabatların, bəyannamələrin hazırlanması, təqdim edilməsi
  • Dövlət Statistika Komitəsi, ƏƏSMN və digər dövlət maraqlarına xidmət edən orqanlara təqdim edilməli olan hesabatların hazırlanması, təqdim edilməsi
  • Müəssisələrarası müqavilələrin hazırlanması
  • Obyektin rəsmi qeytiyyatı, obyekt kodunun alınması, müəssisəyə aid bank hesablarının açılması
  • İdxal məsələlərinin izlənməsi
  • Gömrük kodunun alınması
  • Ölkədaxili və ölkəxarici bank ödənişlərinin həyata keçirilməsi
  • Elektron qaimələrin hazırlanması
  • İşçilərlə rəsmi müqavilələrin bağlanması, qeydiyyata alınma, xitam əmrlərinin yerinə yetirilməsi, əmək haqqı kartlarının sifarişi, əmək haqqı, məzuniyyət, ezamiyyət ödənişlərinin icrası, əmək müqavilələri və xidməti müqavilələrin hazırlanması