Trade Tax Solutions

Vergi və Mühasibatlıq Xidmətləri

Haqqımızda

Şirkətimiz Haqqında

Şirkətimiz 2019-cu ildə qurulmuş, Vergi və Mühasibatlıq xidmətləri təklif edən təşkilatdır. Missiyamız, müştərilərimizin vergi və mühasibatlıqla bağlı sorğusunu effektiv bir şəkildə həll etməkdir. Bütün bu əməliyyatları yerinə yetirərkən peşəkarlıq, dəyər və müştəri məmnuniyyəti prinsiplərini əsas alırıq.

Komanda

Şirkətimiz nəzdində mühasibat və vergi sahəsində təcrübəli bir komanda çalışmaqdadır. Hər bir üzvümüz fəaliyyəti sahəsində təcrübəli və peşəkardır. Komandamız, müştərilərimizin nəaliyyətlərini təmin etməkdə, onların vergi və maliyyə tələblərini effektiv şəkildə idarə etməklə bu yolda onlara dəstək olmağı hədəf müəyyənləşdirməkdədir.

Xidmətlərimiz

Şirkətimiz müştərilərimizə aylıq, rüblük və illik olaraq vergi orqanlarına təqdim edilməli olan hesabatların dəqiqliklə formalaşdırılmasında, işçilərlə rəsmi müqavilələrin bağlanması, qeydiyyata alınma, xitam əmrlərinin yerinə yetirilməsi, əmək haqqı, məzuniyyət, ezamiyyət ödənişlərinin icrası, əmək müqavilələri və xidməti müqavilələrin hazırlanmasında, bank ödənişlərinin icrası, elektron qaimələrin göndərilməsi, rəsmi sənədlərin hazırlanması, vergi və gömrük ödənişlərinin aparılması kimi bir çox məslədə peşəkar dəstək təqdim edir.

Təcrübə

Şirkətimiz 2019-cu ildən etibarən fəalliyət göstərdiyi bütün bu illər ərzində, öz sahəsində əldə etdiyi peşəkarlıq və nəaliyyətlərlə yanaşı olaraq eyni zamanda göstərdiyi xidmət keyfiyyəti ilə də sektorun ən qabaqcıllarından biri olmaq yolunda irəliləməkdə, biznesinizin inkişafı üçün tək ünvan şüarı ilə bu yolda davam etməkdədir.